Futbol üzrə Ukrayna Super Kubokunun yeni qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda geridə qalan mövsümü "qızıl dubl"la başa vuran Donetsk "Şaxtyor"u ilə Ukrayna çempionatında gümüş medal qazanmış Kiyev "Dinamo"su üz-üzə gəlib.
 
Odessada baş tutan qarşılaşmada hesabı Donetsk təmsilçisi açıb. Amma qalan dəqiqələrdə ardıcıl iki qol vuran paytaxt klubu əzəli rəqibi üzərində əzmkar qələbə (2:1) sayəsində Super Kuboka sahib çıxıb.
 
"Dinamo" bu zəfəri sayəsində həm də "Şaxtyor"a çatıb. Artıq hər iki klubun muzeyində eyni sayda (8) Super Kubok var. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest