"Son 3 oyunda 6 qol buraxmışıq. Buna görə də, gərginləşməyə başlayıram. Bu, təkcə müdafiəçilərin günahı deyil, bütün komandanın və məşqçilər heyətinin oyun göstəricisidi". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın baş məşqçisi İroq çerevçenko deyib.

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşan "Arsenal" Rusiya Premyer Liqasının III turunda doğma arenasında "Rostov"a məğlub olub (2:3).

Oyunsonrası mətbuat konfransında fikirlərini bildirən çerevçenko "Neftçi" ilə cavab görüşü barədə də danışıb: "Neftçi" ilə oyun gününə qədər vaxtımız var, birlikdə çalışacağıq. Bu çalışmanın yarayıb-yaramayacağı oyunda görünəcək. "Rostov"a məğlubiyyət son deyil. Hələ heç nə itirməmişik. Bu vəziyyətdən birlikdə çıxacağıq. Bəli, son iki ev oyununda məğlub olduq. Ancaq biz bu halla üzləşən nə birinci, nə də sonuncuyuq".

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında cavab matçı avqustun 1-də "Bakcell Arena"da keçiriləcək. Tulada baş tutan ilk görüşdə "ağ-qaralar" 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest