"Yuventus"un yarımmüdafiəçisi Blez Matuidi İngiltərəyə köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" 32 yaşlı futbolçunun xidmətində maraqlıdı.

Premyer Liqa təmsilçisi bu keçid üçün italyanlarla danışığa başlayıb. Fransa millisinin üzvü özü də bu transferə qarşı deyil. Onun "Yuve"də qalıb-qalmayacağı turinlilərin transferlərindən asılı olacaq.

Qeyd edək ki, 2017-ci ildən "Yuventus"da çıxış edən Blez Matuidi ötən mövsüm bütün turnirlərdə 42 matçda iştirak edib, 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest