"Sanderlend"in qapıçısı Con Maklaflin "Qarabağ"dan təklif alıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın "Sunderland Echo" nəşri yayıb.

Bildirilir ki, Şotlandiya millisinin qolkiperi 3 klubun diqqət mərkəzindədi. Bunlar "Qarabağ", "Trabzonspor" və "Ludoqorts"di. Həmçinin İngiltərənin çempionşip klubları da onu diqqət mərkəzində saxlayır.

"Sanderlend"in sahibi Donald Styuart da təkliflər gəldiyini təsdiqləyib. Lakin o, 31 yaşlı qapıçının komandada qalacağını söyləyib: "Conun bizimlə müqavilə müddəti davam edir. O, burda xoşbəxtdi. Təkliflərlə bağlı menecerlərlə söhbətimiz olub. Onlar bu keçiddən 1-2 milyon funt-sterlinq qazana biləcəyimizi bildiriblər. Ancaq biz onu satmayacağıq".

Qeyd edək ki, "Qarabağ" əcnəbi qapıçı axtarışlarını davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest