"Mançester Yunayted"dən Romelu Lukakunu ala bilməyən "İnter"in daha bir cəhdi uğursuzluqla nəticələnmək üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "neradzurra" "Roma"nın forvardı Edin Dzeko üçün də qarşı tərəflə ortaq məxrəcə gələ bilmir.

çünki milanlılar 12 milyon avro təklif edibsə, paytaxt təmsilçisinin tələbi 20 milyondu. Bosniyalı ilə bağlı "canavarlar"ın endirimə getməyəcəyini nəzərə alan "İnter" rəhbərliyi C variantını işə salıb və PSJ-nin hücumçusu Edinson Kavani üçün danışıqlara başlayıb. Keçidin 50 milyon avroya başa gəlməsi istisna edilmir.

Qeyd edək ki, Edinson Kavaninin PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest