Türkiyədə təlim-məşq toplanışında olan "Sabah"ın daha bir rəqibi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, paytaxt klubu "Əl-Şahaniyə" ilə yoxlama görüşündə qarşılaşacaq.

Qətər təmsilçisi ilə görüş avqustun 1-nə planlaşdırılıb. "Sapanca" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Bu, "Sabah"ın Türkiyədə 3-cü yoxlama görüşü olacaq. Komanda indiyə qədər "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor"a (Türkiyə - 2:1) qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest