AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb. Matc.az xəbər verir ki, avqustun 2-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov, İlham Əzizzadə, Arif Əsədov, İlkin Hüseynov və Osman Rəhimovun iştirakı ilə keçirilir.

Kursun ikinci mərhələsi avqustun 12-dən 16-dək keçiriləcək.

Həmçinin Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində qadın futbolunda çalışan mütəxəssislər üçün C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb. Avqustun 2-də başa çatacaq məşğələlərə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Əsgərli və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Zamir Həsənov rəhbərlik edir.

Kursun ikinci mərhələsi avqustun 5-dən 9-dək keçiriləcək. 

Mənbə: affa.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest