Almaniyada bu ölkənin ən titullu klubu "Bavariya"nın təşkilatçılığı ilə keçirilən "Audi Cup 2019" turnirinə start verilib. Matc.az xəbər verir ki, turnirdə təşkilatçı "Bavariya" ilə yanaşı, İspaniyanın "Real", İngiltərənin "Tottenhem" və Türkiyənin "Fənərbaxça" klubları mübarizə aparır.
 
"Alyans Arena"dakeçirilən ilk yarımfinal matçında "Real"la "Tottenhem" üz-üzə gəlib. London klubu Madrid təmsilçisi Harri Keynin 22-ci dəqiqədə vurduğu yeganə qolla məğlub edib – 1:0.
 
"Bavariya" - "Fənərbaxça" matçı isə daha məhsuldar alınıb. Bütövlükdə 7 qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi 6:1 hesablı qələbəyə sevinib. Almaniya çempionunun heyətində Renato Sançes (22), Qoretska (28), Müller (31, 44-pen, 59) və Koman (40) fərqlənib. Türkiyə klubunun yeganə qolunu 64-cü dəqiqədə fərqlənən Maks Kruze vurub.
 
Beləliklə, turnirin finalında "Bavariya" ilə "Tottenhem" qarşılaşacaq. "Real" və "Fənərbaxça" isə 3-cü yer uğrunda oyunda üz-üzə gələcək. Hər iki qarşılaşma iyulun 31-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest