Azərbaycan millisinin və Moskva "Dinamo"sunun hücumçusu Ramil Şeydayev karyerasını başa vurduğunu açıqlayan həmyerlimiz Aleksandr Səmədova dəstək verib. Gənc forvard feysbuk səhifəsi vasitəsilə 35 yaşlı yarımmüdafiəçiyə gələcəkdə uğurlar arzulayıb.

Azərbaycan millisinin və Moskva "Dinamo"sunun hücumçusu Ramil Şeydayev karyerasını başa vurduğunu açıqlayan həmyerlimiz Aleksandr Səmədova dəstək verib. Matc.az saytının məlumatına görə, gənc forvard feysbuk səhifəsi vasitəsilə 35 yaşlı yarımmüdafiəçiyə gələcəkdə uğurlar arzulayıb.

Şeydayev ötən mövsüm çiyin-çiyinə "Krılya Sovetov"da çıxış etdiyi Səmədovla birlikdə oynamağın ona xoş olduğunu yazıb: "Peşəkar futbol karyerasını rəsmi olaraq sonlandırmış Aleksandr Səmədova gələcək fəaliyyətində uğurlar arzulayıram. Qısa da olsa səninlə eyni komandada oynamaq çox xoş idi".

Qeyd edək ki, Ramil Şeydayev "Krılya Sovetov"dan bir müddət əvvəl "Dinamo"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest