"Yuventus"un hücumçusu Paulo Dibala komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü "Mançester Yunayted"in maraq dairəsindədi.

"Qoca sinyora" da qarşı tərəfdən hücumçu Romelu Lukaku ilə maraqlandığından, klublar iki oyunçunun dəyişdirilməsi variantını müzakirə edir. Bununla bağlı Dibala yeni baş məşqçi Mauritsio Sarri ilə görüşəcək. Əgər çalışdırıcı onu komandasında görmək istəmədiyini bildirsə, 25 yaşlı oyunçu "Mançester Yunayted"ə yollanmağa müsbət cavab verəcək.

Qeyd edək ki, Paulo Dibala ötən mövsüm 42 matçda iştirak edib, 10 qol, 6 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest