FİFA 2018/19 mövsümünün ən yaxşı məşqçisi adına namizədlərin adını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 
10 nəfərlik siyahıda bu mütəxəssislər yer alıb:
 
Camel Belmadi (Əlcəzair millisi)
Didye Deşam (Fransa millisi)
Marselo Qalyardo (River Pleyt)
Rikardo Qareka (Peru millisi)
Xosep Qvardiola (Mançester Siti)
Yurgen Klopp (Liverpul)
Maurisio Poçettino (Tottenhem)
Fernando Santos (Portuqaliya millisi)
Erik ten Haaq (Ayaks)
Tite (Braziliya millisi)
 
Namizədlərin seçimi zamanı 2018-ci ilin 16 iyulundan 2019-cu ilin 19 iyul tarixinə qədər olan nəticələr nəzərə alınıb. Qalibin adına FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində aydınlıq gələcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest