Rusiyalı futbol azarkeşi Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyuna görə, külli miqdarda pul uduzub. Fanatlardan biri Tuladakı qarşılaşmanın heç-heçə nəticələnməyəcəyinə pul qoyuluşu edib.

Rusiyalı futbol azarkeşi Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyuna görə, yüksək məbləğdə pul uduzub. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.

Bildirilir ki, fanatlardan biri Tuladakı qarşılaşmanın heç-heçə nəticələnməyəcəyinə və "Arsenal"ın ən azı 1 qolla qalib gələcəyinə pul qoyuluşu edib. Məbləğ isə 2 milyon rubl (53 min 600 manat) təşkil edib. Bunun da əmsalı 1,38 olub. Lakin "flaqman"ın qol vurması və üstəlik, qələbə qazanması həmin şəxsin planlarını pozub və nəticədə bu məbləği uduzub.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest