Qətər klubu ilə oyun "Sapanca" stadionunda baş tutub. Beş qolun qeydə alındığı qarşılaşma "Sabah"ın qələbəsiylə başa çatıb.

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama görüşünə çıxıb. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün "Əl-Şahaniyə" ilə üz-üzə gəlib.

Qətər klubu ilə oyun "Sapanca" stadionunda baş tutub. Beş qolun qeydə alındığı qarşılaşma "Sabah"ın qələbəsiylə başa çatıb.

Bu, "Sabah"ın qonşu ölkədə 3-cü sınaq matçı olub. Elşad Əhmədovun yetirmələri indiyə qədər "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor"a (Türkiyə - 2:1) qalib gəlmişdi.

 

Yoxlama görüşü

1 avqust

"Sabah" - "Əl-Şahaniyə" (Qətər) 3:2
Qol: Məqsəd İsayev, 11; 54. Cavid İmamverdiyev, 22.

"Sapanca" stadionu

Sabah: 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə, 22. Məqsəd İsayev, 27. Hendrik Eksteyn, 91. Coşqun Diniyev, 97. Emil Qasımov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest