"Yuventus"un hücumçusu Paulo Dibala İtaliyada qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı uğrunda mübarizəyə "İnter" də qoşulub.

Bu baxımdan "Mançester Yunayted"ə rəqib olan "neradzurra" onun hücumçu Mauro İkardi ilə dəyişdirilməsinin tərəfdarıdı. Argentina millisinin üzvü də bu keçidin əleyhinə deyil. Lakin futbolçu bonuslarla birlikdə ilinə 15 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Dibalanın "Yuventus"da illik məvacibi 7,5 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest