"Dünənki mətbuat konfransında dediyim kimi, bizi çətin rəqib gözləyirdi. Bunu da ilk dəqiqələrdən gördük". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ını səfərdə 1:0 hesabı ilə məğlub edən "flaqman" evdə daha böyük fərqlə qalib gələrək (3:0), mübarizəni davam etdirib. "Ağ-qaralar" bununla növbəti mərhələdə İsrail təmsilçisi "Bney Yehuda"ya rəqib olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Bordin fikrini bu sözlərlə davam etdirib: "Rəqib bizə çətinliklər yaratdı. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün reaksiya göstərdi. Raufun vurduğu qoldan sonra isə hər şey bizim xeyrimizə cərəyan etdi".

- Emin Mahmudovun durumu necədi?
- Emində həftəboyu bu problem yaranmışdı. Bu üzdən kifayət qədər məşq edə bilmirdi. Bu problem ilk oyunla əlaqəlidi. Tuladakı görüşdə də belə hal yaşanmışdı. Oyunçuların durumu barədə sabahdan maraqlanacağıq. Təkcə Emin yox, digərləri ilə də. çünki oyun boyu bəzi oyunçularda qıcolmalar yaranırdı.

- Növbəti mərhələdəki rəqibiniz "Bney Yehuda" barədə hansısa məlumatınız var?
- Sabahdan bu barədə düşünməyə başlayacağıq. Bu gün qələbə qazanmışıq. çalışacam oyunçularla bunu qeyd edim. Sabahdan növbəti mərhələnin hazırlığına başlayacağıq.

- "Arsenal"da bəyəndiyiniz futbolçu oldumu?
- İlk oyunda da, bu gün də "Arsenal" göstərdi ki, çox yaxşı elementləri, futbolçuları var. Texniki və fiziki cəhətdən çox yaxşı komandadı. İlk görüşdə dayaq yarımmüdafiə zonasını bağlamaq bizdə daha yaxşı alındı. Bu gün isə fərqli mübarizə oldu.

- Azarkeşlər oyuna xüsusi rəng qatdılar. Moldova və Rusiyadan sonra "Forza Neftçi" fanatlarını İsraildə görsəniz təəccüblənmərsiniz?

- Onlar hər zaman bizi dəstəkləyirlər. Bugünkü qələbəyə azarkeşlərimiz layiq idilər. Bu qələbə hamımızındı. "Forza Neftçi" üzvlərini İsraildə də görmək istəyərdim.

- Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdünüz...

- Buna görə sevinirik. çalışacağıq bunu qeyd edək. Bu gün yalnız bugünkü qalibiyyətə sevinirik. Bununla kifayətlənmirik. çalışacağıq ki, qələbələri sıralamaqda davam edək.

- III mərhələ üçün transfer gözlənilirmi və bununla bağlı danışıqlar olurmu?

- İndi qələbənin sevincini yaşayırıq. Bu barədə danışmaq üçün tezdi. Sabahdan növbəti rəqib barədə düşünməyə başlayacağıq. Transferlərlə bağlı da fikir mübadiləsi aparılacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest