"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi öncə oyunu şərh edib:

- Müdafiədə çox yaxşı oynayırdıq. Məqsədimiz onların oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik. Məşqdə sıx pressinq üzərində işləmişdik. Rəqib pis komanda deyil, məcbur müdafiədən oynayırdıq. Əks-hücumlarda yaxşı çıxış etdik.

- "Neftçi"nin ilk dəqiqələrdən oyunu alınmırdı. Qol buraxsaydınız, bəlkə də başqa cür ola bilərdi...
-  Bir az tez vursaydılar, bəlkə də, başqa cür olardı. Futboldu, olur belə şeylər. "Arsenal"a qol vurmaq üçün şans vermədik.

- Qriqalava "Neftçi"nin futbolçuları ilə gərgin anlar yaşayırdı. Epizodların birində sizə yaxınlaşıb, xoş söhbət etdi. Nə danışırdınız?
- Onunla bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudu. Oyunda belə şeylər baş verir.

- "Arsenal" səddini keçməyiniz komanda üçün stimul oldu. "Bney Yehuda" illə III mərhələdəki oyunlarda qələbə üçün çıxacaqsınız?
- Əlbəttə, biz "Bney Yehuda" ilə oyunlara da qələbə üçün çıxacağıq. Biz hər oyuna bu istəklə çıxırıq.

- "Bney Yehuda"nı keçəcəyinizə inanırsınız?
- Əlbəttə, inanmasaq, niyə çıxaq ki?

- Azərbaycan klubları İsrail komandaları ilə oyunlarda uğursuzluğa düçar olur...
- Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnşallah, yaxşı olar. İlki bacararıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest