Braziliya millisinin müdafiəçisi Dani Alveş karyerasını vətənində davam etdirəcək. Matc.az saytı xəbər verir ki, 36 yaşlı futbolçu "San Paulo" klubu ilə anlaşıb.

PSJ-dən ayrıldıqdan sonra azad agent statusu daşıyan sağ cinah oyunçusu Avropa klublarından təklif gəlməyincə, Braziliyaya qayıtmaq qərarına gəlib. Alveş yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Maraqlıdı ki, ulduz futbolçu "San Paulo"da 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Bahia"nın yetirməsi olan Dani Alveş Avropada "Sevilya", "Barselona", "Yuventus" və PSJ-nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest