Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün növbəti sınaq matçına çıxıb. Matc.az saytının məlumatına görə, paytaxt klubunun budəfəki rəqibi daha güclü idi.

Belə ki, baş məşqçi Tərlan Əhmədov yetirmələrini yerli "çaykur Rizəspor"la görüşdə yoxlayıb. Superliqa təmsilçisi ilə qarşılaşma Topuk Yayları Təsisləri stadionunda gerçəkləşib və bakılıların ağır məğlubiyyəti ilə başa çatıb.

Bu, "Keşlə"nin Türkiyədə ikinci yoxlama görüşü olub. Komanda iyulun 31-də "Osmanlıspor"la qolsuz bərabərə qalıb.

 

Yoxlama görüşü

2 avqust

"Keşlə" - "çaykur Rizəspor" (Türkiyə) 0:3

Topuk Yayları Təsisləri stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest