"Mançester Yunayted"in hücumçusu Romelu Lukaku "Yuventus"a keçməyə razılıq verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin forvardının İtaliya çempionu ilə danışıqları müsbət nəticələnib.

Anlaşmaya əsasən, Lukaku yeni komandasında illik 9 milyon avro maaş qazanacaq. Klublar arasındakı razılıq isə Lukakunun qarşı tərəfin hücumçusu Paulo Dibala ilə dəyişdirilməsi yönündə olub.

Qeyd edək ki, Romelu Lukaku 2017-ci ildən bəri "Mançester Yunayted"in heyətində 96 oyun keçirib, 42 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest