"Liverpul"la "çelsi" arasında keçiriləcək UEFA Superkubokunun təyinatı müəyyənləşib. Matc.az saytının məlumatına görə, qitə futbol qurumu qarşılaşmaya qadın hakim təyin edib.

Belə ki, görüş fransalı referi Stefani Frapparta tapşırılıb. Bununla UEFA tarixdə ilk dəfə kişilərin matçını qadın hakimə həvalə edib.

Baş hakimin köməkçiləri də qadınlar olacaq. İrlandiyalı Manuela Nikosi və Maykl Onil yan xətt hakimi kimi fəaliyyət göstərəcək. Yalnız dördüncü hakim funksiyasını kişi referi yerinə yetirəcək. Belə ki, Türkiyədəki qarşılaşmada yerli Cüneyt çakır ehtiyat hakim olacaq.

Qeyd edək ki, UEFA Superkubokunun oyunu avqustun 14-də İstanbulun "Beşiktaş Park" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest