Rusiyanın "Spartak" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Moskva təmsilçisi İsveçin "Norçöpinq" klubundan Yordan Larssonu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
Rusiya mətbuatının yazdığına görə, Moskva klubu bu transfer üçün 4 milyon təzminat ödəyib. Futbolçu özü isə ilinə 1,1 milyon avro qazanacaq.
 
Yordan "Barselona" və "Mançester Yunayted"in sabiq hücumçusu Henrik Larssonun oğludu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest