Moskva "Dinamo"sunun futbolçusu Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda "Spartak"a qarşı keçirəcəkləri paytaxt derbisi öncəsi fikirlərini bildirib. Matc.az xəbər verir ki, yerli mətbuata açıqlama verən azərbaycanlı hücumçu, qarşılaşmanı səbirsizliklə gözlədiyini deyib:
 
"Son turdakı qələbəmiz bütün həftə ərzində bizdə müsbət emosiyalar yaratdı. Bu, Moskva "Spartak"ı ilə derbidə bizə kömək etməlidi. Prinsipial oyuna hazırlaşırıq və qazanmaq istəyirik".
 
Bu gün keçiriləcək "Spartak" – "Dinamo" matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest