ötən mövsümün sonunda "Səbail"dən ayılan Oke Akpoveta karyerasını İsveçdə davam etdirəcək. Matc.az xəbər verir ki, nigeriyalı hücumçu 2-ci Liqa təmsilçisi "Frey"ə transfer olub. Klubun rəsmi saytı 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
 
Akpoveta 2016-cı ildə də "Frey"də çıxış edib və həmin il 13 oyuna 10 qol vuraraq, komandanın liderinə çevrilib.  
 
Oke 2014-cü ildə "Rəvan"da da oynayıb. ötən mövsümün ikinci yarısını "Səbail"də keçirən forvard 9 oyuna 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest