"Hazırda məni hansısa oyunçunun neçə xal toplaması maraqlandırmır. Məqsədimiz güclü komanda yaratmaqdı"



"Komandamız heç vaxt Olimpiya Oyunlarında mübarizə aparmayıb".  Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının voleybolçusu Polina Rəhimova deyib.

Millimiz  Braziliyada təşkil olunan Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində keçirdiyi ikinci görüşdə də uduzub. Meydan sahiblərinə məğlub olduqları oyunu şərh edən Rəhimova Braziliyanı güclü komanda adlandırıb: "Braziliya həqiqətən güclü bir liqaya malikdi ki, onlar bizdən daha yaxşı hazırlaşa bilsinlər. Bu gün oyundan zövq ala bildik. Daha çox və performansımızı inkişaf etdiririk. Komandamla birlikdə olduğum üçün xoşbəxtəm".

Yığmamızın baş məşqçisi Covanni Kaprara isə məğlubiyyətlə bağlı qısa danışıb: "Məqsədimiz oyunumuzu yaxşılaşdırmaqdı və bundan məmnunam. Hazırda məni hansısa oyunçunun neçə xal toplaması maraqlandırmır. Məqsədimiz güclü komanda yaratmaqdı".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest