Növbəti mövsümə hazırlığını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, "qartallar" Qətərin "Əl-Vakrah" klubu ilə qarşılaşıb.

Qarşılaşmada hesabı erkən qola imza atan "Zirə" açıb. Amma qalan dəqiqələrdə iki qol buraxan Samir Abasovun yetirmələri meydanı məğlubiyyətlə tərk ediblər.
 
Bu, "Zirə"nin toplanış çərçivəsində 4-cü yoxlama görüşü idi. Komanda buna qədər Rumıniya "Konkordiya"sı ilə qolsuz bərabərə qalıb, Türkiyə klubu "Adana Dəmirspor"a məğlub olub (2:3), Nigeriyanın "Hartlend" komandasına 5:0 hesabıyla qalib gəlmişdi.
 
Yoxlama oyunu
3 avqust
 
Zirə – Əl-Vakrah 1:2
Qol: Cavid Hüseynov (pen).
 
Zirə: 1. Orxan Sadıqlı, 4. İlkin Muradov, 5. Anastasios Papazoğlu, 7. Cavid Hüseynov (k), 8. İlkin Muradov, 11. Soni Norde, 14. Bəxtiyar Həsənalızadə, 18. Xulio Sezar Rodriqes, 23. Mfo Kqasvane, 27. Adrian Skarlatake, 48. Şafik Tiqrudca.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest