Gerye 2017-ci ilin yayında Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi.

"Qarabağ"dan ayrılan Vild-Donald Gerye karyerasını "Neftçi"də davam etdirəcək. Haitili cinah müdafiəçisinin paytaxt klubuna keçidi artıq dəqiqləşib. Matc.az xəbər verir ki, tərəflər bütün şərtlərdə razılığa gəliblər və 2 illik müqaviləyə qol çəkəcəklər. "Neftçi" yeni transferini Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə oyunlar üçün UEFA-ya sifariş edəcək.

Gerye 2017-ci ilin yayında Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi. futbolpress.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest