İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun müdafiəçisi Yetro Villemsi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda Villemsin 1 illik icarəyə götürüldüyü diqqətə çatdırılıb. Amma "Nyukasl"ın mövsümün sonunda 25 yaşlı futbolçunun transfer hüquqlarını almaq şansı da olacaq.
 
Villems "Nyukasl"da 15 nömrəli formanı geyinəcək. O, daha öncə Rotterdam "Sparta"sında və PSV-də də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest