Almaniyanın "Herta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Uotford" klubundan Dodi Lekebakionu transfer edib.
 
Bu barədə Berlin klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Belçikalı futbolçu yeni komandasında 28 nömrəli formanı geyinəcək.
 
"Herta"nın bu transferə görə İngiltərə təmsilçisinə 20 milyon funt-sterlinq təzminat ödədiyi iddia olunur.
 
Qeyd edək ki, "Anderlext"in yetirməsi olan Lukebakio karyerası ərzində "Tuluza", "Şarlerua", "Fortuna" klublarında icarədə oynayıb. O, "Uotford"a 2018-ci ildə transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest