İngiltərənin "Şeffild Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, yeni mösümdən Premyer Liqada mübarizə aparacaq sözügedən klub "Suonsi Siti"nin hücumçusu Oliver Makbernini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
"Şeffild Yunayted" rəsmi saytı vasitəsilə bu keçidin klub tarixində rekord transfer olduğunu bəyan edib. Britaniya mətbuatının yazdığına görə, sözügedən klub "Suonsi Siti"yə 20 milyon avro təzminat ödəyib.
 
2018-ci ildən Şotlandiya yığmasının şərəfini qoruyan Makberni, karyerası ərzində "Bredford", "çester", "Nyuport Kaunti", "Bristol Rovers", "Barnsli" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest