İtaliyanın "Milan" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" "Empoli"dən İsmael Bennaseri transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Bennaser Əlcəzair millisinin də üzvüdü. Yarımmüdafiəçi son Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu seçilib. 21 yaşlı yarımmüdafiəçi iştirak etdiyi 7 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Afrika Millətlər kubokunun final matçında Seneqalı 1:0 hesabıyla məğlub edən Əlcəzair millisi turnirin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest