Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün son yoxlama görüşünü keçirəcək. Paytaxt klubu yerli "Gənclərbirliyi" ilə qarşılaşacaq. Superliqa təmsilçisi ilə oyun "Gənclərbirliyi" İlhan Cavcav bazasında baş tutacaq.

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün son yoxlama görüşünü keçirib. Matc.az saytının məlumatına görə, paytaxt klubu yerli "Gənclərbirliyi" ilə qarşılaşıb.

Superliqa təmsilçisi ilə oyun "Gənclərbirliyi" İlhan Cavcav bazasında baş tutub. Altı qolun qeydə alındığı qarşılaşma paytaxt təmsilçisinin məğlubiyytəti ilə başa çatıb. Bununla "Sabah" Türkiyə toplanışını başa vurub.

Elşad Əhmədovun kollektivi qonşu ölkədə "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor" (Türkiyə - 2:1) və "Əl-Şəhaniyə"yə (Qətər – 3:2) qalib gəlmişdi.

 

Yoxlama görüşü

5 avqust

"Sabah" - "Gənclərbirliyi" (Türkiyə) - 2:4
Qol: Təmkin Xəlilzadə, 2. Emil Qasımov, 52.

"Gənclərbirliyi" İlhan Cavcav bazası

Sabah: Dmitri Bezruk, Bəhlul Mustafazadə, Ruslan Abışov, Coşqun Diniyev, Hendrik Eksteyn, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Məqsəd İsayev, Rəşad Eyubov, Emil Qasımov, Cavid İmamverdiyev.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest