"Onların hazırkı durumunu nəzərə alsaq, "Bney Yehuda"nın mövcud heyətlə "Neftçi"ni keçmək şansı sıfırdı. Bunu bacarmaq möcüzə olar. Heç bir yeni oyunçu transfer etməyiblər. Digər tərəfdən, onların Yossi Abukasis kimi dahi baş məşqçisi var"

"Sumqayıt"ın futbolçusu Əmir Ağayev yetirməsi olduğu İsrailin "Bney Yehuda" klubunun Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacağı oyunlar haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, israilli oyunçu, keçmiş komandasının "Neftçi"yə qarşı şansının olmadığını deyib:

"Neftçi" yaxşı futbolçulara malik olan böyük klubdu. Heyətlərində Dario Frederiko kimi futbolçu var. ümumiyyətlə, əla hücum xəttinə malikdilər. "Bney Yehuda" bunu nəzərə almalıdı.

Onların hazırkı durumunu nəzərə alsaq, "Bney Yehuda"nın mövcud heyətlə "Neftçi"ni keçmək şansı sıfırdı. Bunu bacarmaq möcüzə olar. Heç bir yeni oyunçu transfer etməyiblər. Digər tərəfdən, onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. Ordan yarımmüdafiəçi Din Mori xaric, heç kimlə danışmamışam. Fikrimcə, klubdakılar daha çox heyəti gücləndirmək və İsrail çempionatı haqda düşünürlər. Ona görə də, mənimlə əlaqə saxlayan olmayıb".

ötən mövsüm "Sumqayıt"a keçən Əmir Ağayev, 2011-2017-ci illər aralığında "Bney Yehuda"da forma geyinib.

"Neftçi" – "Bney Yehuda" matçı avqustun 8-də, 8-ci km stadionunda, cavab görüşü isə avqustun 15-də, Təl-Əvivdə keçiriləcək. Hər iki oyun saat 21:00-da start götürəcək. futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest