İtaliyanın "Milan" klubu daha bir əfsanəvi futbolçusunu işlə təmin edib. Matc.az xəbər verir ki, sözügedən klubun sabiq qapıçısı Dida bundan sonra "Milan"da gənc qapıçılarla çalışacaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda braziliyalı mütəxəssisin U-17-də qapıçılarla iş üzrə məşqçi kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.
 
Dida 2000-2010-cu illər aralığında "Milan"ın uğurları üçün çalışıb. Braziliya millisinin sabiq qolkiperi karyerasını 2015-ci ildə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest