İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" "Lester Siti"dən Harri Maquayrı transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzalanıb.
 
"Mançester Yunayted" Maquayr üçün 87 milyon avro ödəyib. İngilis oyunçu bununla da, futbol tarixinin ən bahalı müdafiəçisi ünvanını qazanıb.
 
Maquayrdan əvvəl ən bahalı müdafiəçi Vircil Van Dayk idi. Holland oyunçu "Sauthempton"dan "Liverpul"a 84,5 milyon avroya transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest