İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, son olaraq "Vest Hem"in şərəfini qoruyan Adrian, "qırmızılar"a transfer olunub. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Adrianla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
32 yaşlı qapıçı 2013-2019-cu illərdə "Vest Hem"də forma geyinib. O, bu müddətdə ümumulikdə 150 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest