Almaniyanın "Volfsburq" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Mançester Siti"dən Lukas Nmeçanı heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu 2019/20 mövsümünü icarə əsasında "Volfsburq"da keçirəcək.
 
"Mançester Siti"nin yetirməsi olan Nmeça son mövsümdə çempionşip təmsilçisi "Preston"da icarə əsasında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest