Türkiyəli futbolçu Yusuf Yazıcı formasını geyindiyi "Trabzonspor" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi "instagram" hesabından məlumat yayıb. 
 
"Trabzonspor"un yetirməsi olan Yusufun Fransanın "Lill" klubuna transfer olunacaq. Artıq o, sözügedən ölkəyə yola düşüb. "Lill"in bu transferi qısa zaman içərisində rəsmən açıqlaması gözlənilir.
 
Yusuf Türkiyə millisinin heyətində 14 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest