UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Bney Yehuda" oyununun biletləri bu gün satışa çıxarılıb. Matc.az "Neftçi"nin saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edir.
 
Avqustun 8-də, 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Bney Yehuda" oyunu saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest