"Arsenal" kapitanı Loran Koselni ilə yollarını ayırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Belə ki, 33 yaşlı futbolçu "Bordo" klubuna keçib. Fransa millisinin üzvü tezliklə tibbi müayinədən keçəcək və münasibətləri rəsmiləşdirəcək. Bu transfer londonlulara 5 milyon avro qazandırıb.

Qeyd edək ki, Loran Koselni son 9 ili "Arsenal"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest