"Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçunun hansı kluba keçəcəyi hələ də məlum deyil.

Məsələ burasındadı ki, "Sportinq" bu keçidlə bağlı "Mançester Yunayted"lə ortaq məxrəcə gəlib. Ancaq Portuqaliya millisinin üzvü özü "Tottenhem"lə razılıq əldə edib. London təmsilçisi lissabonluları razı sala bilsə, Fernandeş uğrunda mübarizədən qalib ayrılacaq. "Tottenhem"in 50+10 milyon avroluq təklifinə qarşılıq "Sportinq"in tələbi 70 milyon avrodu.

Qeyd edək ki, Bruno Fernandeş həmçinin "Real"ın da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest