"Mən "Qarabağ"ı onun meydanında izləmişdim. Bu, bizim tanıdığımız rəqib idi". Matc.az xəbər verir ki, bunu Kiprin APOEL klubunun baş məşqçisi Paolo Trametsani deyib.

O, çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundakı 1:2 hesablı məğlubiyyətə şərh verib: "İlk 45 dəqiqədə yaxşı oynadıq. Rəqibi topdan uzaq saxlamışdıq. İkinci hissədə qol buraxandan sonra çətinliklərimiz başladı. Nəticədə ikinci topu qapımızda gördük. Bizim də imkanlarımız oldu. Ən sonda qol da vurduq. Bu top bizə daha yaxşı nəticə ilə oyunu bitirmək imkanı verdi. Bu rəqiblə oynamaq çətin idi. Futbolçularımı tanıyıram. Bilirəm ki, onlar mübarizə apara bilərlər. Buraxılan qola qədər oyuna nəzarət edirdik. Bu topa çox təəccübləndik və üzüldük".

Məğlubiyyəti öz üzərinə götürən çalışdırıcı bildirib ki, sabahdan cavab matçına hazırlığına  start verəcəklər: " çox şeyi dəyişməyəcəyik. Yalnız son zərbəni vurmaq üzərində çalışacağıq. Oyunçularımız da çox məyusdu. Lakin hesab edirəm ki, hələ heç nə bitməyib"

Qeyd edək ki, cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest