Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" qapıçı axtarışlarını davam etdirir. Ağdam təmsilçisi daha bir qolkiperə təklif göndərib. Söhbət "Boka Xuniors"un üzvü Markos Diasdan gedir.

Azərbaycanı çempionlar Liqasında təmsil edən "Qarabağ" qapıçı axtarışlarını davam etdirir. Matc.az saytının "TNT Sports"a istinadən məlumatına görə, Ağdam təmsilçisi daha bir qolkiperə təklif göndərib.

Söhbət "Boka Xuniors"un üzvü Markos Diasdan gedir. Bildirilir ki, "Qarabağ" 33 yaşlı argentinalının xidmətində maraqlıdı. "Boka Xuniors"a bu ilin əvvəlində keçməsinə baxmayaraq, əsas heyətə düşə bilməyən 33 yaşlı Diasın da bu keçidə müsbət yanaşdığı vurğulanır.

Qeyd edək ki, Markos Diasın "Boka Xuniors"la müqavilə müddəti gələn ilin yayına qədərdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest