"Qəbələ"nin meneceri Səməd Nəsibov klubdan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
 
Nəsibov klubda marketinq məsələləri üzrə menecer vəzifəsində çalışırdı. O, bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyini bilmədiyini də qeyd edib.
 
Xatırladaq ki, daha əvvəl "Qəbələ" başqa bir meneceri Səbuhi Səfiyarlı ilə də yolları ayırmışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest