Avropanın yaşıl meydanlarında futbol həyəcanı - kubok və çempionat oyunları davam edir. Proqnozsevərlər üçün bu gün də geniş seçim imkanı var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" öz müştərilərinə 214 matç təklif edir. Bu görüşlərdən 28-nə "təkli oyun" statusu verilib. 72 qarşılaşmaya isə həm də canlı mərc etmək mümkündür. Bu gün "Topaz" premyer liqasında da təxirə salınmış bir oyun keçiriləcək. çempionatın autsayderlərindən olan "Keşlə" son çempion "Qarabağ"ı qəbul edəcək. Saat 19-da başlanacaq görüşə "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: "Keşlə"nin qələbəsi 5.10, heç-heçə 3.45, "Qarabağ"ın qələbəsi 1.40. "Təkli oyunlar" sırasında daha çox maraq doğuranlardan biri Almaniya Kubokunun  1/16 final mərhələsinin "Köln"-"Şalke" görüşüdür. Bu komandalar ötən il də kubok yarışında qarşılaşmış, "Şalke" öz meydanında 1:0 hesablı qələbə qazanmaqla mərhələ adlamışdı. İndi "Köln" futbolçularının əlinə revanş üçün yaxşı imkan düşüb. Həm öz meydanlarında oynamaları, həm də "Şalke"nin hazırda formada olmaması kölnlülərin işinə yaraya bilər. "Topaz"ın bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar: "Köln"ün qələbəsi 2.55, heç-heçə 3.00, "Şalke"nin qələbəsi 2.20. Almaniyada gecənin digər maraqlı oyunu Münhenqladbaxda olacaq. Əla bir mövsüm keçirən "Borussiya" qeyri-sabit oynayan Leverkuzen "Bayer"ini qəbul edəcək. "Borussiya" bundesliqada liderdən cəmi 4 xal geri qalır.  Münhenqladbaxlıların eyni uğuru kubok yarışında da təkrarlamaq iddiasında olduğu şübhə doğurmur. "Bayer"i heç də asan oyun gözləmir. Nəzərə alaq ki, "Borussiya" bu ilin 18 fevralından bəri - 8 aydan çoxdur öz meydanında məğlub olmur. Görək, leverkuzenlilər bu cür əzəmətli statistikanı alt-üst edə biləcəkmi? Qarşılaşmaya "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: "Borussiya"nın qələbəsi 2.00, heç-heçə 3.25, "Bayer"in qələbəsi 2.60. Xatırladaq ki, Almaniya Kubokunda növbəti mərhələyə vəsiqə bir oyunun nəticəsinə əsasən müəyynələşir. Eyni qayda İngiltərə Liqa Kubokuna da aiddir. Bu turnirdə 18 final mərhələsinin oyunları keçirilir. Gecənin əsas oyunu "Vest Hem"-"Tottenhem" duelidir. Cəmi 11 gün əvvəl bu komandalar premyer liqada üz-üzə gəlmiş və "Tottenhem" səfərdə 1:0 hesablı qələbə qazanmışdı. Son turda isə hotspurlular əsasə rəqiblərindən "Mançester Siti"yə bir qolla uduzub. "Vest Hem" isə artıq 3 turdur premyer liqada qalib gələ bilmir. Əsas səbəblərdən biri də odur ki, komandanın 7 aparıcı futbolçusu zədəlidir. Elə axşamkı kubok matçında da həmin oyunçuların əksəriyyəti iştirak etməyəcək.  Belədə "Tottenhem"in qələbə şansı artır. "Topaz"ın təklif etdiyi əmsallar: "Vest Hem"in qələbəsi 2.70, heç-heçə 3.30, "Tottenhem"in qələbəsi 2.35.

Bunlardan başqa "Topaz"da  "Milan"-"Cenoa" (kod 710, saat 23:30),  "Alaves"-"Jirona" (kod 722, saat 23:30), "Leypsiq"-"Hoffenhaym" (kod 739, saat 23:45) və digər maraqlı oyunlara da həm canlı, həm də "təkli" mərc etmək olar.

Təklif bizdən, qazanmaq sizdən!!!

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest