"Arsenal" transfer dönəminin son günündə daha iki futbolçunun keçidini həll edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, London təmsilçisi müdafiə xəttindəki problemi "çelsi"li David Luizlə yoluna qoyub.

Braziliya millisinin üzvü "topçular"la 2 illik müqavilədə ortaq məxrəcə gəlib. Bu keçid "zadəganlar"a 8 milyon funt-sterlinq qazandıracaq.

"Arsenal" həmçinin "Seltik"in müdafiəçisi Kiran Tirni ilə də anlaşıb. 22 yaşlı oyunçu 5 illik müqaviləyə qol çəkəcəksə, "Seltik"in qazancı 25 milyon funt-sterlinq olacaq.

Hər iki oyunçu bu gün yeni komandada tibbi müayinədən keçəcək və ardından rəsmi sözləşməyə qol çəkəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest