PSJ yeni transferi Ander Erreranın xidmətindən məhrum qalıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu səhər məşqi zamanı sol ayağından zədə alıb. Tibbi müayinədən sonra İspaniya millisinin üzvünün 3-4 həftə sonra kollektivə qoşulması qərara alınıb. Bu isə o deməkdi ki, 30 yaşlı yarımmüdafiəçi Liqa1-in startını buraxacaq.

Qeyd edək ki, Ander Errera bu yay "Mançester Yunayted"dən transfer edilib və PSJ ilə 5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest