İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Milan təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Romelu Lukakunu transfer edib.
 
Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Belçika millisinin forvardı yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
İtaliya mətbuatının yazdığına görə, "İnter" 26 yaşlı hücumçunun transferinə görə "Mançester Yunayted"ə 80 milyon avro ödəyəcək.
 
Lukaku 2017-ci ildə "Everton"dan 85 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçmişdi. "Anderlext"in yetirməsi olan forvard, karyerası ərzində "çelsi" və "Vest Bromviç"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest