"Sumqayıt"ın bu gün yollarını ayırdığı Adil Nağıyevin yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Səbail"lə anlaşıb.
Bunu paytaxt klubu rəsmi saytı vasitəsilə bəyan edib. Nağıyev yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Adil Nağıyev "Sumqayıt"a bu ilin əvvəlində "Zirə"dən keçmişdi.