"Boka Xuniors"un və Argentina millisinin yarımmüdafiəçisi Kristian Pavon karyerasını MLS-də davam etdirəcək. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu ABŞ-ın "Los Anceles Qalaksi" klubuna keçib.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Pavon 2019-cu ilin sonuna kimi icarə əsasında "Los Anceles Qalaksi"də çıxış edəcək.

2014-cü ildən "Boka Xuniors"da oynayan Pavon 11 dəfə formasını geyindiyi Argentina millisində 2 qol vurub. Kristian üçqat Argentina çempionudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest