Adətən Olimpiadalar bir şəhərdə təşkil olunsa da, Beynəlxalq Olimpiya Komitəsinin də koreyalıların qeyri-adi addımına isti yanaşacağı bildirilir. 2032-ci ilin Olimpiya Oyunlarının ev sahibi 2021-ci ildə açıqlanacaq.

Son vaxtlar münasibətlərində aşkar yaxınlaşma hiss olunan Cənubi Koreya və KXDR birgə Olimpiada təşkil etmək niyyətindədi. Matç.az saytı xəbər verir ki, uzun illər qatı düşmən olan ölkələrin rəhbərləri 2032-ci ilin Yay Olimpiya Oyunlarına birlikdə sifariş verməyi müzakirə edəcək.

Noyabrın 2-də baş tutacaq danışıqlarda hər iki ölkə idman nazirinin müavini ilə təmsil olunacaq. Yarışın paytaxt şəhərlər – Seul və Pxenyanda baş tutması üçün müraciət edilməsi nəzərdə tutulub.

Adətən Olimpiadalar bir şəhərdə təşkil olunsa da, Beynəlxalq Olimpiya Komitəsinin də koreyalıların qeyri-adi addımına isti yanaşacağı bildirilir. 2032-ci ilin Olimpiya Oyunlarının ev sahibi 2021-ci ildə açıqlanacaq.

Qeyd edək ki, Pxençxan Qış Olimpiya Oyunlarında iki ölkə vahid qadın hokkey komandası ilə çıxış etmiş, açılış mərasiminə birlikdə, eyni bayraq altında qatılmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest